Prezident İlham Əliyev: Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi

Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

“Faktiki olaraq Minsk qrupu ondan sonra, hətta görüntü naminə
hər hansı bir fəaliyyət göstərə bilmədi. Ancaq Ermənistan
rəhbərliyi daha uzağa getdi. Ondan sonra bizə qarşı açıq təhdidlər
dilə gətirildi. Yeni torpaqlar uğrunda yeni müharibə ilə bizi
hədələdilər. Amma yenə də beynəlxalq ictimaiyyət buna susdu. Bu,
açıq təhdiddir. Özü də işğalçı dövlət tərəfindən işğala məruz qalan
dövlətə qarşı növbəti təhdiddir. Yəni, bizi növbəti işğalla
hədələyirdilər. Ancaq nə BMT, nə ATƏT, nə başqa təşkilatlar, nə
Minsk qrupu heç bir açıqlama verməmişdi. Əlbəttə ki, işğalçı bundan
ruhlanaraq daha da azğınlaşmışdı və faktiki olaraq Ermənistan
tərəfindən onilliklər ərzində uydurduğu mifologiyaya inanmağa
başlamışdı. Biz bu mifologiyanı darmadağın etdik, cəmi 44 gün
ərzində düşməni torpağımızdan qovduq, Ermənistan bizim qabağımızda
diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur
oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer
qalmayıb qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir,
Azərbaycan bizi burada boğmaq istəyir. Biz öz vəzifəmizi icra
etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç
vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və
İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi”.

Teqlər: