Beyləqan rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş
verib.
AzerTimes xəbər verir ki, İcra
Hakimiyyətinin Aparatının başçısı və onun müavininə məxsus
avtomobilin sürücüləri xidməti avtomobil ilə ötmə əməliyyatı
edərkən iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb.
Hadisə Beyləqan rayon mərkəzi küçəsində baş verib. Belə ki,
hərəkətdə olan 11-AA-055 dövlət nömrə nişanlı, “Nissan” markalı
minik maşını öncə “VAZ-2107” markalı avtomobilə, sonra isə “Nissan
Sunny” markalı maşına çırpılıb. Qəza nəticəsində hər iki sürücü
müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, qəzada iştirak edən 11-AA-055 nömrəli avtomaşın
Beyləqan rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə
müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Qəza zamanı müavin
xidməti maşınında olmasa da, onun sürücü işləyən qardaşı Elnur
Məmmədov və qardaşı Yaqub Məmmədov, eləcə də rayon icra hakimiyyəti
başçısının sürücüsü avtomobildə olub.
Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıb. Onların
vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.