Azərbaycan İqtisadi Şurasının növbəti iclası keçirilib (FOTO)

17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası
keçirilib.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, iclasda antiinflyasiya
tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə
aqrar sahənin inkişaf hədəfləri, Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamlarından irəli gələrək “2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın dövlət büdcəsinin
vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının
parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə
olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri
Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, kənd təsərrüfatı
naziri İnam Kərimovun, Dövlət Gömrük Komitəsinin sədri Səfər
Mehdiyevin, həmçinin digər dövlət komitələri və qurumlarının
rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar
verilib.

Teqlər: