Beyləqanda 4 otaqlı ev yanıb

Beyləqan rayonunun İmamverdili kəndində ümumi sahəsi 153 m² olan
birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar
konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı
tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Teqlər: