Azərbaycan hərbçiləri “Efes-2022” təlimində iştirak edəcək

Xəbər - Trend6

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan
Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması
istiqamətində görülən işlər davam etdirilir.

“Efes-2022” çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində
hərbi qulluqçularımız dəniz yolu ilə düşmən arxasına sızma, sahil
xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən
hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə
fəaliyyətləri icra ediblər.

Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyə
Respublikasının İzmir şəhərində keçiriləcək “Efes-2022” çoxmillətli
təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.
Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif
beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı
da nəzərdə tutulub.

Teqlər: