Sabah həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq.
AzerTimes xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.
“Ev dustaqlığı məsələsinə sabah saat 16:30 da Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədov tərəfindən baxılacaq”, – vəkil qeyd edib.