Messi FİFA-nın qaydalarını belə pozdu – Foto

Messi FİFA-nın qaydalarını belə pozdu – Foto

Argentina milllisinin kapitanı Lionel Messi DÇ-2022-nin finalında Fransaya qalib gəldikləri oyundan sonra keçirilən mükafatlandırma mərasimində FİFA-nın qaydalarını pozub.

AzerTimes xəbər verir ki, Messi kuboku başı üzərinə qaldırarkən Qətər əmirinin ona hədiyyə etdiyi üst geyimində olub. Bu isə FİFA təlimatının 27-ci maddəsinə ziddir. Həmin maddədə qeyd olunub ki, final matçında bayram geyimlərindən yalnız FİFA-nın rəsmi tədbirləri başa çatdıqdan sonra istifadə oluna bilər. Həmin vaxt ərzində futbolçular müvafiq oyun üçün nəzərdə tutulan formaları geyinməlidir.

Ərəb mədəniyyətini simvolizə edən libası geyinərkən FİFA prezidenti Canni İnfantino da Messinin yanında olub və o, buna heç bir reaksiya verməyib.

Teqlər: