Putin Minskə buna görə getdi: Belarus savaşa girir?

Putin Minskə buna görə getdi: Belarus savaşa girir?

Rusiya Prezidenti Vladimir Putinin 3 illik fasilədən sonra Belarusa səfəri Ukraynada apardığı işğalçı müharibə ilə əlaqəlidir.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Kreml sahibi Belarusu da Ukraynaya qarşı işğalçı müharibəyə sürükləmək istəyir:

“Rusiya onsuz da Belarus ərazisindən zaman-zaman Ukraynaya qarşı istifadə edir. Ancaq Putin bu dəfə Belarusdan artığını istəyir. Belarus Prezidenti Aleksandr Lukaşenko nə qədər müharibədən məsafə saxlamağa çalışsa da, getdikcə Putinin istəyini qulaqardına vurmaqda çətinlik çəkir, Kreml Minskdən Rusiyadan aldığı ucuz enerji və kreditlərin qarşılığını istəyir. Lukaşenkodan başqa sadə belaruslar və belaruslu generallar da savaşa qatılmaq, Putinin şəxsi müharibəsində iştirak etmək, itki vermək istəmirlər. Lukaşenko qərarla bağlı vaxtı uzatmağa çalışacaq, ancaq müharibədə yerində sayan Putin ondan əl çəkən deyil”.

Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putin Minskə səfər edib.

Teqlər: