Xəbər - Elçin Mehdiyev – Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından beş nəfər xaric edilib.
DİM-dən AzerTimes-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.
5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.