Bu ilin I rübündə 136 müddətli həqiqi hərbi xidmət qulluqçusu övladına müavinət ödənilib

Xəbər - Çingiz Səfərli – Trend:

Bu ilin I rübündə 136 müddətli həqiqi hərbi xidmət qulluqçusu övladına müavinət ödənilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 01.01.2021-ci il tarixə olan məlumata əsasən, sözügedən müavinəti alan uşaqların sayı 108, həmçinin cari ilin ilk rübündə 136 nəfər olub:


“Hazırda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləği hər bir uşağa təyin olunmaqla 100 manatdır. Müavinət dövlət büdcəsi vəsaiti hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir”.

Teqlər: