Berlin 20-yə yaxın rus diplomatını ölkədən göndərməyi düşünür

Almaniya hökuməti kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda
şübhəli bilinən 20-yə yaxın rusiyalı diplomatı ölkədən göndərməyi
düşünür.

AzerTimes-ın məlumatına görə, bu barədə mənbələrə istinadən “Suddeutsche Zeitung” qəzeti xəbər yayıb.

Qəzetin məlumatına əsasən, Almaniya Rusiya nümayəndəliklərindən
yaxın zamanda Belçika (21 nəfər – red.) və Niderland (17 nəfər –
red.) qədər, yəni təxminən 20 nəfər diplomatı göndərə bilər.

Eyni zamanda, “Almaniya hökumətində hələ də müxtəlif
variantların müzakirə olunduğu” vurğulanır.

Qeyd edilir ki, belə bir qərar “Almaniya Federal Kanslerinin
idarəsi, Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi
tərəfindən razılıq əsasında qəbul edilməlidir, lakin razılıq hələ
əldə olunmayıb”.

Almaniyanın hökumət strukturlarında diplomatlarının
göndərilməsinin “mənası” müzakirə olunur.