ABŞ Ukraynaya daha 300 milyon dollar hərbi yardım edəcək

Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardımın
göstəriləcəyini elan edib.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin
saytında yerləşdirilən press-relizdə deyilir.

Sözügedən yardım paketinin imkanlarına lazerli tuşlama ilə raket
sistemləri, “Switchblade” taktiki PUA-ları, “Puma” PUA-ları,
xirehli yüksək mobil çoxməqsədli maşınlar, kiçik və böyük çaplı
döyüş sursatları, gecə görmə cihazları, termal müşahidə kameraları,
taktiki müdafiə rabitə sistemləri, peyklə görüntüləmə üzrə
kommersiya xidmətləri, dərmanlar, sahə avadanlığı daxildir.

“Bu yardımın elanı Ukrayna Silahlı Qüvvələrinə yeni imkanların
verilməsi üçün müqavilələrin bağlanması prosesinin başlanğıcıdır”,
– deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, bu günə qədər ABŞ Ukraynaya təhlükəsizlik üzrə
yardım üçün artıq 2,3 milyard dollardan çox vəsait ayırıb.