Bərdə rayonunda güclü külək dağıntılar yaradıb, irigövdəli ağac
evin üstünə aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.
AzerTimes-ın yerli bürosu xəbər verir ki, rayonun bir neçə kəndində
fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə, şəhərin Heydər
Əliyev prospektində yerləşən fərdi yaşayış evinun üzərinə
irigövdəli ağac aşıb.
Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da
ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. Nəticədə
rayona verilən elektrik enerjisində fasilələr yaranıb.
Bundan başqa, irigövdəli ağaclar və onların budaqları küləyin
təsirindən qırılıb. Nəticədə minik avtomobillərinə də ziyan
dəyib.
Bərdə Rayon İcra Hakimiyyətinin Fövqaladə hallar komissiyasından
bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar
aradan qaldırılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və
bərpa işlərinə başlanılacaq.