Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində bölmələr tərkibində məşğələlər keçirilir (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris
Mərkəzlərində mövcud olan xüsusi proqram təminatına malik
kompüterlər və məşq qurğularının tətbiqi ilə keçirilən məşğələlərdə
komandirlərin real döyüş şəraitində bölmələri və silahları
idarəetmə bacarıqları yoxlanılır, şəxsi heyətin praktiki vərdişləri
təkmilləşdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, şəxsi heyətin virtual təlim meydançasında
qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə
yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə
qiymətləndirilir.

Daimi dislokasiya məntəqələrində və təlim mərkəzlərində pilotsuz
uçuş aparatı və dron heyətləri, rabitə bölmələri və reaktiv
artilleriya batareyaları uzlaşmış fəaliyyətləri yerinə
yetirirlər.

Çətin dağlıq şəraitlərdə anti-terror əməliyyatlarının icrasını
və dağlarda praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı
bölmələr tərəfindən şərti düşmənin terror qruplaşmaları məhv
edilir.

Mühəndis bölmələri səhra şəraitində müvafiq tapşırıqları icra
edirlər.

Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzi və poliqonlarında döyüş
atışlı məşğələlərə cəlb edilən tank, mexanikləşdirilmiş və
motoatıcı bölmələrin hərbi qulluqçularının silah və texnika ilə
davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları
yoxlanılır.
Məşğələlərdə zirehli tank texnikalarının ekipajları 44 günlük Vətən
müharibəsində döyüş sahəsində qazanılmış təcrübəni mənimsəməklə
müxtəlif manevrlərlə maneələri dəf edir və atışlar həyata
keçirirlər.

Motoatıcı bölmələrin şəxsi heyətinin atıcılıq məharətinin və
praktiki vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə müxtəlif
çaplı atıcı silahlardan, snayper tüfənglərindən və əl
qumbaralarından atış çalışmaları yerinə yetirilir.

Şəxsi heyətin müxtəlif silah nümunələrinin tətbiqi ilə yüksək
səhra bacarığı nümayiş etdirdiyi məşğələlər davam edir.

Teqlər: