Belçikadan olan qarışıq cütlük Bakıda dünya çempionatında qızıl medal qazanıb

Qarışıq cütlük tərkibində çıxış edən Belçika idmançıları Brem
Röttqer və Helena Heyens Bakıda keçirilən Akrobatika Gimnastikası
üzrə 28-ci Dünya çempionatında tarazlıq hərəkətləri proqramında
birinci yeri qazanıblar.

AzerTimes-ın məlumatına görə, qarışıq cütlükdə olan idmançıların
nəticəsi 29,360 xal olub.

İkinci yerdə qarışıq cütlüklər Nataşa Hatçinson və Dilan Hauells
(Böyük Britaniya, 28,940 xal), üçüncü yerdə qarışıq duet – Daniel
Blintsov və Pia Şutze (Almaniya, 28,940 xal) qərarlaşıb.

Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli 28,860
xal toplayaraq dördüncü yeri tutublar.

Xatırladaq ki, hazırda Azərbaycan yığmasının Dünya Çempionatında
üç medalı aktivində var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş,
Daniel Abbasov və Murad Rəfiyevin iki bürünc medal qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.

Teqlər: