Belçikadan olan qadınlardan ibarət qrup akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri tutub

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya
Çempionatında temp hərəkətləri proqramında Belçikanı təmsil edən
qadınlardan ibarət qrup 29,130 ​​xalla birinci yeri tutub.

AzerTimes-ın məlumatına görə, ikinci yerdə Portuqaliyadan olan qadın
üçlüyü (28,210 xal), üçüncü yerdə İsraili təmsil edən idmançılar
(28,140 xal) qərarlaşıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.

Teqlər: