Azərbaycanın qələbəsi İslam dünyası üçün bir nümunədir – Abdulhamid Obada

Ağdam. Trend:

Biz işğaldan azad olan əraziləri gəzdik. Çox təsirləndik,
Azərbaycanlıların qəbirstanlığı, müqəddəs yerlərin dağıdılması bizə
çox böyük təsir edir.

Bunu Azərbaycan- İraq dostluq cəmiyyətinin sədri Abdulhamid
Obada AzerTimes-ın yerli bürosuna açıqlamasında bildirib.

“Biz həmişə Prezident İlham Əliyevi izliyirdik. Dəmir yumruq
ermənilərin başlarında çatladı. Və biz çox fəxr edirik ki,
Azərbaycan torpqların qaytardı, Azərbaycan düşmənə qalib gəldi. Bu
bizim İslam dünyası üçün, bizim hamımız üçün bir nümunədir”, – deyə
o əlavə edib.

Qeyd edək ki, bu gün xarici jurnalistlərin Ağdama səfəri təşkil
olunub.

Teqlər: