Belçikada “omikron” ştammının yeni variantına ilk yoluxma halı qeydə alınıb

Belçikada koronavirusun “omikron” ştammının BA.4 adlandırılan
yeni variantına ilk yoluxma halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Löven Katolik Universitetinin
virusoloqları Mark Van Ranst və Pyet Maas bildiriblər.

“Viruslar mutasiyaları toplayır, həmişə belə edirlər. Yeni
variantlar hələ də peyda olacaq”, – deyə Mark Van Ranst
bildirib.

Ekspert izah edib ki, o, koronavirusun tamamilə yeni
variantlarındansa “omikron”un alt variantlarına üstünlük verir.

Bildirilib ki, BA.4 və BA.5 variantları Cənubi Afrika, Botsvana,
Almaniya, Danimarka və Böyük Britaniyada mövcuddur. Belçikada “omikron”un BA.5 variantı hələ aşkar edilməyib.

Qeyd edilir ki, bir sıra ölkələrdə “omikron” ştammının yeni
variantlarının ortaya çıxması yoluxma hallarının, xəstəxanaya
yerləşdirilmələrin və ya ölüm hallarının əhəmiyyətli dərəcədə
artmasına səbəb olmayıb.