Bəhreyn hakimiyyəti fevralın 20-dən ölkəyə gələnlər üçün
koronavirusa görə tətbiq olunan məcburi PCR testini və karantini
ləğv edir.
AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin mülki aviasiya idarəsinin
qərarında bildirilib.
Qərarda qeyd olunub: “20 fevral 2022-ci il tarixindən etibarən
Bəhreyn Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə giriş qaydaları
dəyişdirilib. Krallığın ərazisinə daxil olmaq üçün koronavirus ilə
bağlı PCR testi ləğv edilir. Həmçinin, Bəhreynə daxil olan hər kəs
üçün karantin ləğv edilib”.