UEFA Konfrans Liqası: “Qarabağ” “Marsel” ilə qarşılaşıb

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində
keçirilən “Marsel” – “Qarabağ” oyunu 3:1 hesabi ilə başa çatıb.

AzerTimes-ın
məlumatına görə, “Velodrom” stadionunda oynanılan qarşılaşmanın
41-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Arkadiuş Milik
hesabı açıb. Cəmi üç dəqiqə sonra A.Milik yenidən fərqlənərək dubla
imza atıb.

Oyunun 85-ci dəqiqəsində “Qarabağ”ın heyətində Kadi fərqlənib. “Marsel”in 3-cü qolunu isə Dimitri Payet vurub (90 +2).


Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə
edib.

Teqlər: