Britaniyalı həkim xərçəngin beş erkən simptomunlarından danışıb

Britaniyalı həkim Sancay Mehta mədə xərçənginin bəzi
əlamətlərinin erkən görünə biləcəyini və bununla da xəstəliyin daha
tez diaqnoz qoyulmasına imkan verdiyini bildirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Express” qəzeti xəbər verib.

O qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır,
çünki onun ilk əlamətləri qeyri-müəyyən olub və insan onları başqa
xəstəliklərlə qarışdıra bilər.

S.Mehta bu mümkün əlamətlər arasında mədə yanması, həzmsizlik,
iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq
hissi, ürəkbulanma və qusma kimi halları sadalayıb.

Mütəxəssis xəbərdarlıq edib ki, erkən aşkar olunan xərçəng
mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan
hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü
göstərir. Bu qan analizini verəndə müəyyən edilir.

Teqlər: