Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun açıq birinciliyində böyük yarış təcrübəsi qazandım – Gənc gimnast

Mən bədii gimnastika üzrə “Ocaq Sport” klubunun 1-ci açıq
birinciliyində böyük yarış təcrübəsi qazandım.

Bunu Trend-ə yarışların iştirakçısı, “Ocaq Sport”
klubunun yetirməsi Məryəm Quliyeva deyib.

“Mən gimnastların çıxışını ilk dəfə televizordan gördüm. Onların
hərəkətlərini o qədər bəyəndim ki, mən də məşqlərə başlamaq
istədim. Yarışlarda özümü yaxşı hiss edirəm, həyəcan demək olar ki,
yoxdur. Biz burada yarış təcrübəsi qazanırıq, öyrəndiklərimizi
nümayiş etdirmək imkanı əldə edirik”, – gimnast deyib.

Qeyd edək ki, iyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində
bədii gimnastika üzrə “Ocaq Sport” klubunun 1-ci açıq birinciliyi
keçirilir. Yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i
paytaxt idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.

İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi
proqramda, həm də qrup hərkətlərdə mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: