Bədii gimnastika üzrə Azərbaycan çempionatının böyüklər yaş qrupunda qaliblər mükafatlandırılıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci
Azərbaycan çempionatında böyüklər yaş qrupunda qaliblərin
mükafatlandırma mərasimi keçirilib.

Trend-in
məlumatına görə, qaliblər halqa, top, gürzlər və lentlə
hərəkətlərdə müəyyənləşib.

Halqa ilə hərəkətlərdə Arzu Cəlilova (32,650 xal) qızıl, Zöhrə
Ağamirova (31,300 xal) gümüş, İlona Zeynalova (26,100 xal) bürünc
medal qazanıb.

Topla hərəkətlərdə Zöhrə Ağamirova (34,000 xal) qızıl, Arzu
Cəlilova (30,850 xal) gümüş, İlona Zeynalova (29,750 xal) bürünc
medala sahib olub.

Gürzlərlə hərəkətlərdə Alina Gözəlova (28,100 xal) qızıl, Zöhrə
Ağamirova (27,500 xal) gümüş, Arzu Cəlilova (26,700 xal) bürünc
medal qazanıb.

Lentlə hərəkətlərdə Zöhrə Ağamirova (32,300 xal) qızıl, Arzu
Cəlilova (29,000 xal) gümüş, Kamilla Əliyeva (25,050 xal) bürünc
medal qazanıb.

Qeyd edək ki, bütün idmançılar “Ocaq Sport” klubunu təmsil
edir.

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı martın
16-17-də keçirilib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: