BDU-nun avtoqəzada xəsarət alan tələbələrinin son vəziyyəti AÇIQLANDI

Axşam saatlarında Bakının Nərimanov rayonunda yol qəzası zamanı
üç nəfər xəsarət alıb.

Xəsarət alanlar 2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar
oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci
il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu olub. Onları yolu keçərkən
taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota”
markalı avtomobil vurub.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və
informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva AzerTimes-a bildirib ki,
tələbələr yüngül sınıq xəsarətləri alıb.

“Onlar artıq xəstəxanadan evə buraxılıblar. Hər üçü Sosial
elmlər və Psixologiya fakültəsinin tələbəsidir”, – deyə o
bildirib.

Teqlər: