Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında aprelin 24-də havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata
görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq.
Bakıda gecə 11-13° isti, gündüz 18-20° isti olacaq. Atmosfer
təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi
rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.
Lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı
var.

Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda
gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Teqlər: