Bayram günlərində metro ilə daşınan sərnişinlərin sayı məlum olub

Bayram və istirahət günləri də daxil olmaqla, 2022-ci il martın
19-dan 27-dək 9 gün ərzində Bakı Metropoliteni 3 milyon 243 min 851
sərnişin daşıyıb.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq metropolitenin Mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, orta hesabla gün ərzində 360 min 428 daşınıb. Ən
çox sərnişin (421 min 96 sərnişin) martın 19-da, ən az sərnişin isə
(215 min 703 nəfər) martın 20-də daşınıb.

Teqlər: