Bayılda sürüşmə zonasında ağaclar niyə quruyur?

Bayılda sürüşmə zonasında ağaclar niyə quruyur?

Bayıl qəsəbəsindən Badamdara qalxan yolda ağacların quruması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

AzerTimes xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a açıqlamasında araşdırma zamanı Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindəki ağacların qurumasına ötən illərdə ərazidə baş verən torpaq sürüşmələrinin səbəb olduğunun müəyyən edildiyini bildirib.

“Sözügedən ərazidəki bioloji inkişafdan qalmış ağacların yeniləri ilə əvəz olunması üçün Badamdar Bələdiyyəsinə göstəriş verilib”, – o deyib.

Teqlər: