Baydenin Putinlə görüşü… – Nuland

Baydenin Putinlə görüşü… – Nuland

ABŞ Prezidenti Co Bayden G20 sammiti zamanı Vladimir Putinlə görüşməkdə maraqlı deyil.

AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“Əgər Putin orada olarsa, məncə, G20 liderləri ona Ukraynada baş verənlərlə bağlı öz baxışlarını deməli, Rusiyanın Sovet İttifaqı tərəfindən imzalanmış bir sıra sənədlərdə göstərilən bütün prinsipləri pozması barədə birbaşa danışmalıdırlar. Biz əminik ki, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edərək dərin birliyə malik olacağıq”, – Nuland bildirib.

Onun sözlərinə görə, Putin hələlik bu istiqamətdə heç bir addım atmayıb, amma Ukraynadakı müharibə onun ölkəsinin gələcəyini məhv edir.

Teqlər: