200-cü gün: Rusiyanın itkiləri açıqlandı

200-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 200-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 52 650 hərbçi, 2154 ədəd tank, 4 617 ədəd zirehli döyüş maşını, 1 263 ədəd artilleriya sistemi, 311 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 162 hava hücumundan müdafiə sistemi, 242 ədəd hərbi təyyarə, 213 ədəd helikopter, 3 445 ədəd avtomobil texnikası, 902 ədəd PUA, 216 qanadlı raket, 15 gəmi/qayıq, 117 xüsusi avadanlıq itirib.

Teqlər: