Bayden xəbərdarlıq etdi: Rusiya nüvədən istifadə etsə…

Bayden xəbərdarlıq etdi: Rusiya nüvədən istifadə etsə…

Rusiyanın Ukraynada nüvə silahından istənilən mümkün istifadəsi bütün bəşəriyyətə qarşı düşmənçilik aktı anlamına gələcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden və Yaponiya Baş naziri Fumio Kişidanın birgə bəyanatında deyilir.

“Ukraynanı dönməz şəkildə dəstəkləyərək, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. Biz birmənalı olaraq bəyan edirik ki, Rusiyanın Ukraynada nüvə silahından istənilən istifadəsi bütün bəşəriyyətə qarşı düşmənçilik aktı kimi qəbul ediləcək”, – bəyanatda xüsusilə qeyd olunur.

İki lider, həmçinin, Rusiyanın kritik enerji infrastrukturuna hücumları qarşısında Ukraynanı dəstəkləməyə razılaşıblar.

Teqlər: