Bayden və Zelenski arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir
Zelenski arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında
məlumat paylaşıb.

“ABŞ Prezidenti Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim.
Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq
qiymətləndirilməsini müzakirə etdik. Xüsusi müdafiə dəstəyi,
gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar
yardımlar haqqında danışdıq”, – Zelenski bildirib.