ABŞ prezidenti Co Bayden Ukraynaya artilleriya sistemləri,
zirehli avtomobillər və helikopterlərin daxil olduğu 800 milyon
dollarlıq təhlükəsizlik yardım paketini qəbul etdiyini
bildirib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evinin saytında bildirilib.
“Mən indicə prezident Zelenski ilə danışdım və ona dedim ki,
administrasiyam Ukraynaya silah, əsgəri təchizat və digər
təhlükəsizlik yardımı şəklində 800 milyon dollar əlavə yardımına
razılıq verib”, – deyə qeyd olunub.
ABŞ prezidenti bildirib ki, yardım paketi xüsusilə Ukraynaya
“artilleriya sistemləri, artilleriya mərmiləri və zirehli
avtomobillər”, eləcə də helikopterlərin göndərilməsini nəzərdə
tutur.