Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının 13-cü günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də Bakıda imsak
saat 04:35, iftar isə saat 19:31-dadır.

Ramazan ayının 13-cü gününün duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni
fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və
suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.

Tərcüməsi:

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən
təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni
səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə
müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün
işığı!”

Allah orucunuzu qəbul etsin!

Teqlər: