Mingəçevir Dövlət Universitetində “Kiber təhlükəsizlik günləri” başlayıb (FOTO)

2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən
“Kiber təhlükəsizlik günləri” çərçivəsində təlimlərə start
verilib.

AzerTimes-a
Universitetdən bildirilib ki, MDU-nun bir qrup akademik və inzibati
heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk
təlim günündə universitetin qonaq professoru Ercan Nurcan Yılmaz
“Kiber təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı kiber təhlükəsizlikdə təməl anlayışlar, kiber
müharibə və informasiya təhlükəsizliyinin idarəetmə sistemi barədə
ətraflı məlumat verilib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Proqrama uyğun olaraq, növbəti təlimlər 15 və 24 aprel
tarixlərində keçiriləcəkdir.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
təhsilalanların və təhsilverənlərin IT sahəsində bilik və
bacarıqlarının artırılması məqsədilə müvafiq təlimlərin
keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da Karyera və
İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Teqlər: