Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı ABŞ xalqına müraciət edəcək

Putin fəlakətli insan itkilərinə səbəb olacaq müharibəni
seçdi.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden
deyib.

C.Bayden qeyd edib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları
Rusiyanın hərəkətlərinə vahid və qəti cavab verəcəklər.

C.Bayden cümə axşamı amerikalılara müraciət edəcək və Rusiya
lideri Vladimir Putinin elan etdiyi xüsusi hərbi əməliyyatla
əlaqədar ABŞ, müttəfiqləri və tərəfdaşlarının görəcəyi tədbirləri
açıqlayacaq.

“Mən bu axşam Ağ Evdən vəziyyəti izləyəcəyəm və yerli
təhlükəsizlik komandamdan müntəzəm olaraq xəbərləri almağa davam
edəcəyəm. Sabah səhər mən G7 həmkarlarımla görüşəcəyəm və sonra
Amerika xalqına müraciət edərək Birləşmiş Ştatların,
müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyaya qarşı gələcək
addımlarını elan edəcəyəm”, – deyə C.Bayden bildirib.