Yol polisi “Qarabağ” – “Marsel” oyunu ilə bağlı sürücülərə müraciət etdi

Xəbər - Samir Əli – Trend:

Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq “Qarabağ” – “Marsel” oyununu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən
mümkün qədər istifadə etməmələri xahiş olunur.

Bu barədə AzerTimes-a
açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş
inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının
rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi
məqsədilə tədbirlər görülüb.

“”Qarabağ” və “Marsel” komandalarının Tofiq Bəhramov adına
stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və
həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini
və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət
etmələri xahiş olunur.

Belə ki, azarkeşlərdən stadiona yaxın, yəni Əhməd bəy Ağaoğlu,
Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik
nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri xahiş
olunur. Əsasən, ictimai nəqliyyata üstünlük vermələri
arzuolunandır”, – deyə Araz Əsgərli bildirib.

Teqlər: