Ukrayna KİV-ləri bir sıra şəhərlərdə partlayışlar barədə xəbər verib

Bu gün səhər saatlarında Ukraynanın bir sıra şəhərlərində, o
cümlədən paytaxt Kiyevdə partlayışlar baş verib.

AzerTimes-ın “UNİAN”a istinadən verdiyi məlumata görə, Kramatorskda
4 partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayışlar baş
verib, Donbassda isə intensiv atışma gedir.

Paytaxtda da partlayış səsləri eşidilir, bunu Poznyakov və
Troyeşçina sakinləri bildirib. Borispol hava limanı ərazisində
partlayışlar və atışmaların olduğu bildirilir.