Bayden Makronu yenidən Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib

ABŞ prezidenti Co Bayden bazar ertəsi fransalı həmkarı Emmanuel
Makron ilə telefon danışığında onu ölkə rəhbəri postuna ikinci
müddətə seçilməsi münasibətilə təbrik edib.

Trend xəbər
verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ABŞ prezidenti ölkənin çoxdanki müttəfiqi olan
Fransa ilə ortaq demokratik dəyərlərə, iqtisadi əlaqələrə və
təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanan sıx və davamlı
əlaqələri vurğulayıb.

C. Bayden həmçinin Makronla “ümumi prioritetlər” üzrə işi davam
etdirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Fransanın hazırkı prezidenti seçkilərin ikinci
turunda 58,55% səs toplayıb.

Teqlər: