Bayden gizli planın anonsunu verdi: İrana zərbə olacaq? – Foto

Bayden gizli planın anonsunu verdi: İrana zərbə olacaq? – Foto

İordaniyadakı Amerika hərbi bazasına hücum və hərbçilərin ölümü ilə bağlı Ağ Evdə keçirilən iclasdan sonra Prezident Co Bayden komandasının üzvləri ilə fotosunu dərc edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

“Bu gün milli təhlükəsizlik komandamın üzvləri əməliyyat otağında İordaniyanın şimal-şərqində ABŞ hərbçilərinə hücumla bağlı mənə məlumat verdilər. Dediyim kimi, biz seçdiyimiz vaxtda və istədiyimiz vasitələrlə bütün günahkarları məsuliyyətə cəlb edəcəyik”, – ABŞ Prezidenti paylaşımında qeyd edib.

“Blumberq” isə yazıb ki, Amerika administrasiyası İrana qarşı gizli hərbi əməliyyat keçirməyi planlaşdırır.

Qeyd edək ki, 28 yanvarda ABŞ-ın İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 amerikalı əsgər ölüb, 34 hərbçi yaralanıb. Hücumun məsuliyyətini İraqdakı İrana bağlı “Ən-Nüvəba” qruplaşması öz üzərinə götürüb.

Teqlər: