HƏMAS Parisdə razılaşdırılmış müqaviləni rədd etdi

HƏMAS Parisdə razılaşdırılmış müqaviləni rədd etdi

HƏMAS Parisdə Misir, İsrail, Qətər və ABŞ-ın iştirak etdiyi danışıqlarda Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı ilkin təklifi rədd edib.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

“HƏMAS və Fələstinin Qurtuluş Xalq Cəbhəsi həftə sonu Parisdə hazırlanmış girov müqaviləsini rədd edir, çünki bu, daimi atəşkəs rejimini əhatə etmir. Onlar bildiriblər ki, İsrail hərbçiləri Qəzzaya hücumunu dayandırmalı və əsir mübadiləsi baş tutmazdan əvvəl zolağı tərk etməlidir”, – məlumatda deyilir.

Teqlər: