Bayden Davosa gedəcəkmi?

Bayden Davosa gedəcəkmi?

ABŞ Prezidenti Co Bayden yanvarın 16-20-də Davosda keçiriləcək Dünya İqtisadi Forumunun iclasında iştirak etməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın İsveçrə səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfir (ABŞ-ın İsveçrədəki – red.) Skott Miller Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa səfər edəcək.

Məlumata görə, builki Davos Forumunda ABŞ nümayəndə heyətinə əmək naziri Martin Uolş, Milli Kəşfiyyatın direktoru Avril Hayns, ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tai, Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey və digər rəsmi şəxslər daxildir.

Teqlər: