ABŞ ilk dəfə olaraq bu texnikanı Ukraynaya verir

ABŞ ilk dəfə olaraq bu texnikanı Ukraynaya verir

ABŞ ilk dəfə olaraq Ukraynaya döyüş meydanında hərəkətliliyini artırmaq üçün “Paladin” özüyeriyən haubitsalar hədiyyə edir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper brifinqdə bildirib.

“Paket (Kiyevə hərbi yardım – red.) əsasən artilleriya aktivlərindən ibarətdir. Onların arasında “Paladin sistemi” kimi tanınan 18 özüyeriyən 155 mm-lik haubitsa da var”, – Kuper vurğulayıb..

Onun sözlərinə görə, belə sistemlər əvvəllər verilmiş yedəkli haubitsalardan daha böyük qorunma və manevr qabiliyyətini təmin etməlidir.

Qeyd edək ki, ötən gün ABŞ administrasiyası Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayrıldığını rəsmi şəkildə təsdiqləyib.

Teqlər: