Bayden ABŞ-ın İrana qalib gəlməsinə belə sevindi

Bayden ABŞ-ın İrana qalib gəlməsinə belə sevindi

Qətərdə keçirilən Dünya Çempionatında ABŞ futbol yığmasının İranı məğlub etməsinə Prezident Co Bayden gözlənilməz reaksiya verib.

AzerTimes xəbər verir ki, o, “SK Siltron” zavodunda çıxışını bitirdikdən sonra yenidən kürsüyə qayıdıb və aldığı xəbəri bu cür bölüşüb:

“ABŞ – 1, İran – 0, oyun bitdi!

Bu, böyük oyundur, adam”.

Bayden, həmçinin, noyabrın 20-də məşqçi və futbolçularla söhbətlərini xatırladıb:

“Mən söhbətimizdə “Siz bunu edə bilərsiz” demişdim. Onlar isə bununla razılaşmadılar. Ancaq bunu etdilər. Allah onları sevir”.

Teqlər: