Axtarışda olan qadın saxlanıldı

Axtarışda olan qadın saxlanıldı

Oğurluq və qanunsuz narkotik dövriyyəsinə görə axtarışda olan şəxs Səbail rayonunda müəyyən olunub.

AzerTimes xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıb.

Teqlər: