Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park
ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə
məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, dərhal hadisə yerinə
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb
edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə
batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları
tərəfindən xilas edilib.