Ərdoğan Avstriya kansleri ilə telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Karl
Nehammerlə telefon danışığı aparıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Prezident Aparatının
İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Telefon danışığı zamanı Türkiyə-Avstriya münasibətlərinin
yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional
problemlər, o cümlədən Ukraynadakı münaqişə müzakirə edilib.
Türkiyə prezidenti son vaxtlar Türkiyə ilə Avstriya arasında yüksək
səviyyəli təmaslardan məmnunluğunu ifadə edib

R.T.Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında
sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edir.

Teqlər: