Türkiyə Super Liqası: “Fənərbağça” “Qalatasaray”ı məğlub edib

Bu gün futbol üzrə Türkiyə Super Liqasının 32-ci turu
çərçivəsində “Fənərbağça” öz meydanında “Qalatasaray”ı qəbul
edib.

AzerTimes-ın
məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə
yekunlaşıb. Oyunda qolları M.Zayts (26-ci dəqiqə), S.Dursun (68-ci
dəqiqə) vurublar.

Bu oyundan sonra “Fənərbağça” komandası 59 xal toplayaraq 2-ci
yerə yüksəlib. “Qalatasaray” 41 xalla 14-cü yerdədir.

Teqlər: