Baş Prokurorluq Göyçayda qızın qaçırılması ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Göyçayda qızın qaçırılması ilə bağlı məlumat
yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilmişdir ki, fevralın 26-sı Göyçay rayonu ərazisində
A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M
(ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə
zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin
144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla
istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
olunublar.

Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: