Xarkova atılan raket Azərbaycan konsulluğunun yaxınlığına düşüb

Xarkova bir az əvvəl atılan raket Azərbaycan bu şəhərdəki fəxri
konsulluğunun binasının yaxınlığına düşüb.

Fəxri konsulluqdan AzerTimes-a
verilən məlumata görə, konsulluq binasına ziyan dəyməyib.

“Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və
yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya
edəcəyik.

Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə
qalmaqlarını tövsiyyə edirik.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində
veriləcək”, – açıqlamada deyilir.

Teqlər: