Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də
ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri
İqor Qrosu ilə görüşüb.
Naizrlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə
uğurla inkişaf etdiyi bildirildi. İ.Qrosunun səfərinin ikitərəfli
əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə
edildi.
Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında
ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət,
turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi
perspektivləri müzakirə olundu.